"Yelo Bank"ın Müşahidə Şurasında dəyişiklik: Pospelovski vəzifəsindən ayrılıb
"Yelo Bank" ASC-nin Müşahidə Şurasının üzvü Endryu Dmitri Pospelovski vəzifəsindən ayrılıb. Şuraya Marina Kulişova sədrlik edir. Bank bu ilin aprelində Avropa İttifaqının sanksiya siyahısına salınmışdı.

"Yelo Bank" ASC-nin Müşahidə Şurasının tərkibində dəyişiklik baş verib. Şuranın üzvü Endryu Dmitri Pospelovski vəzifəsindən ayrılıb.
Bankın Müşahidə Şurasına Marina Valeryevna Kulişova sədrlik edir. Şuranın digər üzvü Tomas Enqelharddır. Banker.az-ın məlumatına görə, Klaudia Sandra Müller şurada müstəqil üzv qismində təmsil olunur.
Kulişova 2008-ci ildən bankın Müşahidə Şurasının üzvü, 2016-cı ildən isə şuranın sədridir. O, eyni zamanda bankın əsas səhmdarıdır.
Bunu da oxuyun: "PAŞA Bank" yeni holdinqə keçdi: Növbə sığortadadırmı?
Bankın fəaliyyəti barədə
"Yelo Bank" Azərbaycanın bank sektorunda fəaliyyət göstərən kommersiya bankıdır. Bank 2019-cu ilədək "Nikoil Bank" adı ilə fəaliyyət göstərib, həmin il rebrendinq prosesi ilə adını dəyişib.
Bankın strategiyası mikro, kiçik və orta sahibkarlığa dəstək ilə fiziki şəxslərə maliyyə xidmətlərinin göstərilməsi üzərində qurulub.
Avropa İttifaqının Şurası bu ilin aprelin 23-də Rusiyaya qarşı məhdudlaşdırıcı tədbirlərin 20-ci paketini rəsmi şəkildə qəbul edib. Paket çərçivəsində üçüncü ölkələrdə fəaliyyət göstərən bir sıra maliyyə qurumuna qarşı əməliyyatların qadağan olunması nəzərdə tutulub və siyahıya "Yelo Bank" da daxil edilib.
Sektoru mənbəyindən izləyin
Bülleten: qanunvericilik dəyişiklikləri, məlumatlar və təhlillər — hər biri mənbəyi göstərilməklə.











