Sigortanın Sesi — The Voice of InsuranceSigortanın SesiSigortanın Sesi — Sektörün Ortak Sesi
Dolar48,65Euro56,12Gram altın6.714
Sığorta15 sentyabr 2026· Sigortanın Sesi

Azərbaycanda 7 icra başçısı postu vakantdır: 2 şəhər, 5 rayon təyinat gözləyir

Azərbaycanda 7 icra başçısı postu vakantdır: 2 şəhər, 5 rayon təyinat gözləyir

Prezident İlham Əliyevin bu gün imzaladığı Sərəncamla Ayaz Nəriman oğlu Əsgərov Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Əsgərov bu vəzifəyə 19 may 2016-cı il tarixdə təyin edilmişdi. Ondan əvvəl 2011-2016-cı illərdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.

Bu dəyişiklikdən sonra ölkədə rəhbərsiz qalan icra hakimiyyətlərinin sayı 7-yə çatıb. Vakant postların 2-si şəhər, 5-i rayon icra başçılığıdır.

Altı aydır vakantdır: Qaradağ

Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun vəzifəsindən azad edilməsindən altı ay ötür. 2026-cı il yanvarın 30-da Prezident İlham Əliyevin Sərəncamı ilə vəzifəsindən azad edilən 64 yaşlı sabiq icra başçısından sonra rayona hələ də yeni rəhbər təyin olunmayıb. Hazırda başçının səlahiyyətlərini birinci müavin Emil Abbasov icra edir.

İki ildən çoxdur vakantdır: Culfa

Culfa Rayon İcra Hakimiyyətinin başçısı Siyam Hacıyev 2023-cü il avqustun 31-də vəzifəsindən azad olunub. İki ildən çoxdur rayona yeni başçı təyin edilməyib. Rəhbər səlahiyyətlərini müvəqqəti olaraq başçının müavini Sara Hüseynova icra edir.

Gədəbəy və Naftalan

2022-ci ilin avqustunda Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilən Orxan Mürsəlov ötən ilin noyabrında Göyçay Rayon İcra Hakimiyyətinə başçı göndərilib. Hazırda Gədəbəydə icra başçısı vəzifəsini müavin Natiq Nağıyev icra edir.

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov isə ötən ilin noyabrında Göygöl Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Şəhərə hələlik yeni rəhbər təyin olunmayıb. Başçının səlahiyyətlərini müvəqqəti olaraq başçının müavini – Sosial-iqtisadi, memarlıq-tikinti məsələləri və şəhər təsərrüfatı şöbəsinin müdiri Məmmədov Arzu Alay oğlu icra edir.

Yaradılandan bəri başçısı yoxdur: Ağdərə

Ağdərə Rayon İcra Hakimiyyəti 2023-cü il dekabrın 5-də Prezident İlham Əliyevin Sərəncamı ilə yaradılıb. Qərarda Nazirlər Kabinetinə icra hakimiyyətinin fəaliyyətinin təşkili məqsədilə zəruri maliyyə vəsaitinin ayrılması və inzibati bina ilə təmin olunması üçün bir ay müddətində tədbirlər görməsi tapşırılmışdı. İcra hakimiyyətinə hələlik başçı təyin olunmayıb.

Naxçıvan şəhəri

Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev bu ilin fevralında Muxtar Respublikanın Baş naziri təyin olunduğu üçün post vakant qalıb. Hazırda başçının vəzifələrini müvəqqəti olaraq birinci müavin Əhməd Vəliyev icra edir.

Əlaqəli xəbərlər