Sigortanın Sesi — The Voice of InsuranceSigortanın SesiSigortanın Sesi — Sektörün Ortak Sesi
Dolar48,67Euro56,17Gram altın6.787
Sigorta16 Eylül 2026· Sigortanın Sesi

“Yelo Bank”ın Müşahidə Şurasında dəyişiklik: Pospelovski vəzifəsindən ayrılıb

“Yelo Bank”ın Müşahidə Şurasında dəyişiklik: Pospelovski vəzifəsindən ayrılıb

“Yelo Bank” ASC-nin Müşahidə Şurasının tərkibində dəyişiklik baş verib. Şuranın üzvü Endryu Dmitri Pospelovski vəzifəsindən ayrılıb.

Bankın Müşahidə Şurasına Marina Valeryevna Kulişova sədrlik edir. Şuranın digər üzvü Tomas Enqelharddır. Banker.az-ın məlumatına görə, Klaudia Sandra Müller şurada müstəqil üzv qismində təmsil olunur.

Kulişova 2008-ci ildən bankın Müşahidə Şurasının üzvü, 2016-cı ildən isə şuranın sədridir. O, eyni zamanda bankın əsas səhmdarıdır.

Bankın fəaliyyəti barədə

“Yelo Bank” Azərbaycanın bank sektorunda fəaliyyət göstərən kommersiya bankıdır. Bank 2019-cu ilədək “Nikoil Bank” adı ilə fəaliyyət göstərib, həmin il rebrendinq prosesi ilə adını dəyişib.

Bankın strategiyası mikro, kiçik və orta sahibkarlığa dəstək ilə fiziki şəxslərə maliyyə xidmətlərinin göstərilməsi üzərində qurulub.

Avropa İttifaqının Şurası bu ilin aprelin 23-də Rusiyaya qarşı məhdudlaşdırıcı tədbirlərin 20-ci paketini rəsmi şəkildə qəbul edib. Paket çərçivəsində üçüncü ölkələrdə fəaliyyət göstərən bir sıra maliyyə qurumuna qarşı əməliyyatların qadağan olunması nəzərdə tutulub və siyahıya “Yelo Bank” da daxil edilib.

İlgili Haberler