Azərbaycan Almatıda keçirilən Beynəlxalq Sığorta Forumunda təmsil olunub

Azərbaycan Mərkəzi Bankı (AMB) və Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) nümayəndələrindən ibarət heyət Almatıda keçirilən "International Insurance Forum 2026"-da iştirak edib.
ASA-nın məlumatına görə, foruma 30-a yaxın ölkədən təxminən 200 iştirakçı, o cümlədən sığorta nəzarəti orqanlarının, sığorta assosiasiyalarının və peşəkar sığorta bazarlarının nümayəndələri dəvət olunub. Azərbaycan nümayəndə heyəti panel müzakirələrində də iştirak edib.
Panellərdə Türk Dünyası Sığorta İttifaqının türk dövlətlərinin sığorta bazarlarının inkişafındakı mühüm rolu da diqqət mərkəzində olub. İttifaqın yaratdığı imkanların üzv dövlətlərin sığorta bazarları arasında əməkdaşlığın və inteqrasiyanın gücləndirilməsi, təcrübə mübadiləsinin genişləndirilməsi və birgə təşəbbüslərin həyata keçirilməsi baxımından əhəmiyyəti vurğulanıb.
#Azərbaycan #Sığorta #ASA #Qazaxıstan #TürkDünyası #SigortanınSesi







