Azərbaycan İnvestisiya Holdinqi əməkdaşlarını 45 min manata sığortalayır
Holdinqin 100 əməkdaşı üçün könüllü tibbi sığorta tenderini "Qala Sığorta" qazanıb. Hər əməkdaş üçün sığorta məbləği ən azı 20 min manat olacaq.

Azərbaycan İnvestisiya Holdinqi əməkdaşları üçün könüllü tibbi sığorta xidmətinin satınalınması üzrə tender keçirib. Tenderin nəticələri müəyyənləşib. Banker.az-ın məlumatına görə, tenderin qalibi "Qala Sığorta" ASC olub.
Bunu da oxuyun: Türk Dünyası Sığorta Birliyinin baş katibi Azərbaycandan: Ortaq təkrarsığorta hovuzunda Azərbaycanın rolu nə olacaq?
Tərəflər arasında bağlanacaq müqavilənin ümumi dəyəri 45 min manatdır. Müqavilə çərçivəsində şirkət Holdinqin 100 əməkdaşına könüllü tibbi sığorta xidməti göstərəcək. Hər bir əməkdaş üçün sığorta məbləği ən azı 20 min manat təşkil edir.
#Sığorta #TibbiSığorta #QalaSığorta #AzərbaycanİnvestisiyaHoldinqi #Azərbaycan #SigortanınSesi
Sektoru mənbəyindən izləyin
Bülleten: qanunvericilik dəyişiklikləri, məlumatlar və təhlillər — hər biri mənbəyi göstərilməklə.











