Sigortanın Sesi — The Voice of InsuranceSigortanın SesiSigortanın Sesi — Sektörün Ortak Sesi
Dolar49,34Euro55,21
Sığorta20 sentyabr 2026· Sigortanın Sesi

Müstəqil aqrar sığorta eksperti təlimlərinə qeydiyyat 6 noyabradək davam edir

Təlimlər Aqrar Sığorta Fondunun Bakıdakı inzibati binasında keçiriləcək; iştirak haqqı ƏDV daxil 20 manatdır.

Müstəqil aqrar sığorta eksperti təlimlərinə qeydiyyat 6 noyabradək davam edir

Müstəqil aqrar sığorta eksperti təlimlərində iştirak etmək istəyənlər 6 noyabr tarixinədək qeydiyyatdan keçə bilər.

Təlimlər Aqrar Sığorta Fondunun Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti 175 ünvanındakı inzibati binasında keçiriləcək.

Təlimlər Nazirlər Kabinetinin təsdiq etdiyi “Aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspertlərin imtahanının keçirilməsi Qaydası”na əsasən təşkil olunur və namizədləri Dövlət İmtahan Mərkəzinin imtahanına hazırlayır.

Bunu da oxuyun: Şikayət indeksi rəqəm verir, cavab vermir: sığortalı nədən şikayət edir?

İmtahan üç sertifikat üzrə keçirilir: kənd təsərrüfatı bitkilərinin və bitkiçilik məhsullarının sığortası, kənd təsərrüfatı heyvanlarının sığortası, akvakultura məhsullarının sığortası.

İştirak haqqı ƏDV daxil olmaqla 20 manatdır. Əlavə məlumat 1651 Çağrı Mərkəzindən alına bilər.

Sektoru mənbəyindən izləyin

Bülleten: qanunvericilik dəyişiklikləri, məlumatlar və təhlillər — hər biri mənbəyi göstərilməklə.

Əlaqəli xəbərlər

Bunları da oxuyun